30-08-2018 [10:28]
Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib.
KTN-dən Mia.az-a daxil olan məlumata görə, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini, Prezident İlham Əliyevin nazirliyin qarşısında ciddi vəzifələr qoyduğunu deyib.
Nazirlik bu vəzifələri reallaşdırmaq məqsədilə işini fermerlərə yaxın olmaq, şəffaflığı təmin etmək və innovativ texnologiyaların tətbiqi prinsipləri üzərində qurur. Bu məqsədlə rayonlarda fermerlərlə görüşlər keçirilir, Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermerlər və Koordinasiya Şuralarının yaradılır, assosiasiyalarla mütəmadi müzakirələr aparılır. Nazir bildirib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimovun sözlərinə görə, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.
Toplantıda iştirak edən "Azərsun Holding”, "Pasha Holding”, "Gilan Holding”, "CTC Holding”, "AS Group İnvestment”, "Modern Group”, "Agrarco”, "AzProtein Foods Group”, "Səba Qrup” şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.
"Azərsun Holding”in prezidenti A. Goozal bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. İnkişaf etmiş ölkələrdə bu cür qurumların fəaliyyət göstərdiyini xatırladan "Azərsun Holding”in prezidenti qeyd edib ki, Şurada təmsil olunan şirkətlər aqrar sahənin daha da inkişaf etdirilməsi yollarını birlikdə tapmalı, regionda rəqabətə davamlı məhsulların istehsalında birgə iştirak etməlidir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə "Azərsun Holding”in prezidenti Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.
Nazir Katiblik tərəfindən yaxın bir ay ərzində Aqrar Məşvərət Şurasının Əsasnaməsinin hazırlanacağını deyib. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi