Əli Həsənovun daha bir səlahiyyəti Rövşən Rzayevə verildi - Prezidentdən fərman

img

29-08-2018 [22:16]


Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində edilən dəyişiklik nəticəsində "Azərbaycan Respublikasının Baş nazirinin müavini” sözləri sənəddən çıxarılıb.

Bununla da  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 9 nəfərdən ibarət Müşahidə Şurasına bundan sonra Baş nazirin müavini deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik edəcək. 

Fərmanda daha sonra bildirilir:

"- Səkkizinci abzasda "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.

-  Doqquzuncu abzasda "özəl iş adamı” sözləri "sahibkar” sözü ilə əvəz edilsin.

- Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırki sədri Rövşən Rzayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA