29-08-2018 [16:37]
Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Prezidentinin 23 oktyabr 2013-cü il tarixli fərmanından və "Azərbaycan ətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” 29 iyun 2018-ci il tarixli qanundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunan birgə müşavirə keçirilib.
Mia.az DİN-ə istinadən bildirir ki, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.
Nazir Ramil Usubov qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar bu il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb. O, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş "İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.
İqtisadiyyat naziri Şahin Mustafayev həmkarının fikirlərini bölüşərək yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunan bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib.
Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Tural İsgəndərov və "İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və "ASAN xidmət” mərkəzlərində quraşdırılıb, texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.
Hər iki nazir görülən işlərin Azərbaycan Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlət başçısına məruzə edildiyini vurğulayıblar, rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari ilin sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi