Nazir Ramil Usubov daha bir polis rəisini işdən azad etdi, yeni vəzifə verdi - İki rayonda rəis dəyişikliyi

img

29-08-2018 [16:08]


Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA