Azərbaycan hava qüvvələri təlimdə - Şərti düşmənin hədəfləri məhv edildi

img

28-08-2018 [19:32]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib.

Mia.az MN-ə istinaədn bildirir ki, yeni tədris dövrü çərçivəsində keçirilən təlim-məşq uçuşları zamanı təyyarə və helikopterlər hədəflərin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Aviasiya vasitələrinin ekipajları quru qoşunlarının havadan dəstəklənməsi, şərti düşmənin komanda məntəqələri, zirehli texnikaları və canlı qüvvəsinin məhv edilməsi, eləcə də hava kəşfiyyatının aparılması taktiki epizodlarını da yerinə yetiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA