Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlə bağlı dəyişiklik - Nələr dəyişdi?

img

28-08-2018 [18:27]


Bu gün Prezident İlham Əliyev "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” yeni fərman imzalayıb.

Mia.az bildirir ki, Fərmana əsasən, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 541; 2008, № 7, maddə 612) aşağıdakı dəyişikliklər edilib:

1. adında "dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilsin;

2. 1-ci hissəsində və 3-cü hissəsinin ikinci abzasında "dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri "dövlət qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA