İcra başçısı yaxın kadrını işdən çıxardı - Bərdə İH-də təəccüblü dəyişiklik

img

28-08-2018 [17:35]


Bərdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov vəzifədən azad olunub.

Hələlik həmin vəzifəyə təyinat olmayıb və şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq baş məsləhətçi Bəxtiyar Abduyevə həvalə edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, işdən çıxarılan Zaur Bəylərov hazırkı icra başçısı Vidadi İsayevin ən yaxın kadrı olub. Vidadi İsayev onu ta Tərtərin icra başçısı olandan vəzifə ilə təmin edib. Lakin Zaur Bəylərovun Bərdədəki əməlləri böyük narazılıq yaratdığından icra başçısı onu çıxarmağa məcbur olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA