Daha iki rayona icra başçısı təyin olundu - Bir rayonun rəhbəri isə vəzifədən çıxarıldı

img

28-08-2018 [15:43]


Prezident İlham Əliyev bu gün daha iki icra başçısı təyin edib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ağdamın icra başçısı Raqub Məmmədov iyun ayının 6-da vəzifədən çıxarılmışdı.

Dövlət başçısının digər sərəncamı ilə Gədəbəyin icra başçısı Ramiz Yediyarov vəzifəsindən azad olunub. Onun yerinə isə İbrahim Ənvər oğlu Mustafayev təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA