Məmmədyarova sponsor tapıldı - 2 bank, 1 şirkət, 1 hotel...

img

28-08-2018 [11:41]


"Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”.

Bu sözləri idman jurnalisti Sənan Şəfizadə öz feysbuk hesabında qeyd edib.

S.Şəfizadə qeyd edib ki, müraciət edənlər "Şah”ın menecerinə yönləndirilib.

"Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun” – jurnalist bildirib.

Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı/Publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA