"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü - Bakıxanov və Zabrat qəsəbələrində

img

28-08-2018 [11:30]


 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu Bakıxanov və Zabrat qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Komitədən Mia.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, qarşılaşdıqları problem və çətinliklərlə maraqlanıb.

Görüş iştirakçılarına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinə qayğı ilə yanaşır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu sahədə layihələrin icrasına böyük diqqət göstərir. Dövlətin məcburi köçkünlərə olan qayğısı nəticəsində hər il yeni mənzillə təmin edilən məcburi köçkünlərin sayı artır. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi, maddi rifahının yaxşılaşdırılması üçün də layihələr həyata keçirilir.

Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı izahat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA