Ramil Usubov bir neçə rayonun polis rəisini dəyizib

img

05-11-2011 [01:35]


Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisi dəyişdirlib. Suraxanı rayon Polis İdarəsinin (RPİ) rəisi Etibar Qazıbəyov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib. Nazirin digər əmri ilə Nəsimi PRİ-nin rəisi Məmməd Mikayılov Suraxanı PRİ-yə rəis təyin olunub. Xəzər RPİ-nin rəisi Musa Musayev isə Nəsimi RPİ-yə rəis göndərilib. Eyni zamanda, nazirin əmri ilə Zaqatala rayon polis şöbəsinin rəisi Faiq Şabanov Xəzər RPİ-yə rəis təyin edilib. Şəki RPŞ-nin rəisi Azad Məmmədovla Şabran RPŞ-nin rəisi Eldar İlyasovun yerləri dəyişdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA