BŞİH köklü dəyişikliklərə başladı

img

27-08-2018 [12:37]


Bu gün Bakı şəhərində tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Mia.az-a verilən bildirilib ki, artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür.

BŞİH-dən qeyd olunub ki, bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub: 
"Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır. Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA