Məktəbli mallarının satış yarmarkaları fəaliyyətə başladı - Bakıda

img

27-08-2018 [11:22]


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) hər il təşkil etdiyi məktəbli və ofis mallarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

BŞİH-nin Ticarət və Xidmət Departamentindən Mia.az-a verilən məlumata görə, yarmarka çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.

Bildirilib ki, "Bakı Metropoliteni"inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də "28 May”, "Memar Əcəmi”,"İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.

Qeyd edək ki, yarmarka sentyabrın 25-nə kimi davam edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA