Angela Merkel Gürcüstanda təmas xəttinə gedib, vəziyyətlə tanış olub - FOTO

img

24-08-2018 [14:45]


 Almaniyanın kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüş başa çatdıqdan sonra təmas xəttinə yollanıb.

"Report"un Gürcüstan KİV-inə istinadən verdiyi xəbərə görə, kansler Odzisi kəndi ətrafında təmas xəttindəki vəziyyətlə tanış olub.

Bu gün Almaniya kansleri və Gürcüstanın baş naziri Tbilisi beynəlxalq hava limanında alman hərbçiləri, "Layiqli tərəfdaş" təliminin iştirakçıları ilə görüşəcək.

Almaniya kanslerinin Gürcüstana səfəri bir neçə saatdan sonra başa çatacaq. A.Merkel Cənubi Qafqaz turnesini Ermənistanda davam etdirəcək, sabah isə Azərbaycanda görüşlər keçirəcək.

 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA