Merkel Gürcüstana gəldi - Müxaliflərlə də görüşəcək + Səfər qrafiki

img

23-08-2018 [16:43]


Almaniya kansleri Angela Merkel bu gün Gürcüstana rəsmi səfərə gəlib.

Mia.az xarici mətbuata istinadən bildirir ki,  Kanslerin təyyarəsi Tiflisin Şota Rustavelli aeroportuna planlaşdırılmış vaxtdan 15 dəqiqə tez enib.

Məlumata görə, Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze, daha sonra isə prezident Georgi Marqvelaşvili ilə görüşəcək. Sabah isə kanslerin ölkənin müxalifət partiyaları və tələbələrlə görüşü planlaşdırılır.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA