Əsgərlərimiz üçün qurbanlar kəsildi - FOTOLAR

img

22-08-2018 [17:28]


Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bayram tədbirlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Tədbirlərdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar.

Hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub və mədəni kütləvi proqramlar nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA