"Heç bir qüvvə QARABAĞI millətimizə unutdura bilməyəcək" - Keçmiş döyüşçüdən müraciət

img

21-08-2018 [23:39]


Qarabağ müharibəsi iştirakçısı, Xalq Hərəkatının fəallarından biri Vaqif Əlisoy MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmliyə və Azərbaycanda fəalliyyət göstərən bütün telekanalların rəhbərlərinə müraciət edib.

Mia.az V.Əlisoyun müraciətini təqdim edir: 

"Cənablar, əgər Cəbrayıl və Füzuli rayonlarının işğal günündə - 23 avqustda yenə toy - bayram edəcəksinizsə, millətin heysiyyatı ilə oynamaqda davam edəcəksinizsə, şəxsən mən millətimizə, Qarabağ döyüşçülərinə, yurdundan didərgin düşən məcburi köçkünlərə buna etiraz etməklə bağlı çağırış edəcəyəm. Ayrı-seçkilik kimi başa düşməyin. Qarabağlı müğənni və müsiqiçilərə səslənirəm. Heç olmasa, siz bir gün imkan verin bu millət öz dərdi ilə baş-başa qalsın, bir daha o yurd yerlərini, şəhidlərini xatırlasın.  Hamıya da sübut edək ki, Qarabağı heç kəs bu millətə unutdura bilməyəcək.  biz torpağımıza qayıtmaq istəyirik. 

Kanal rəhbərləri, 23 avqust saat 11.00-da Şəhidlər Xiyabanında Cəbrayıl və Füzuli rayonlarının anım tədbiri keçiriləcək. Gəlin iştirak edin, çəkiliş aparın və anın tədbirində iştirak edənlərin ürək sözlərini bütün dünyaya çatdırın. Müraciət edirəm internet televiziyalarına, saytlara, dıyərli jurnalislərimizə. Dostlar, gəlin 25 il öz yürdundan-yuvasından didərgin düşən bu insanların ürək sözlərini eşidin və yayın. Qoy, hamı bilsın ki, heç kə , heç bir qüvvə QARABAĞI millətimizə unutdura bilməyəcək". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA