Bakının 32 məntəqəsində diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb - Nazirlik

img

21-08-2018 [17:16]


Bu gündən etibarən, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Bakıda və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.

Nazirlikdən verilən məlumata görə, yarmarkalar Bakının 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir. 

Məlumata görə, bayram günlərində nazirliyin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir: "Bundan başqa, Nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstandan satış məqsədilə 20 min baş heyvan gətirməyi planlaşdırır. Bazarda bolluğu təmin etmək və qiymətləri sabit saxlamaq məqsədilə nazirliyin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır".

Qeyd olunub ki, yarmarkalar avqustun 23-ü, axşam saatlarına qədər davam edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA