DİM-dən ali məktəblərə qəbul olanlara müraciət - Qeydiyyat avqustun 28-dək aparılacaq

img

21-08-2018 [17:11]


Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

Mia.az DİN-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla, avqustun 28-dək aparılacaq.

Belə ki, Mərkəzin Direktorlar Şurasının qərarına əsasən, avqustun 22-23-i qeyri-iş günləri olduğu nəzərə alınaraq bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların avqust 25-26-da (şənbə və bazar günləri) da fəaliyyət göstərməsi təmin ediləcək.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA