Gürcüstan 6 ayda turizmdən 1.7 milyard dollar qazanıb - Ən çox hansı ölkələrdən gələn olub?

img

21-08-2018 [15:13]


Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib. 

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 7 ay ərzində Gürcüstana 4,6 mln. nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. 

Gürcüstana ən çox turist Azərbaycandan (1 il əvvələ nisbətən 10,4% çox), Rusiyadan (24,1% çox) və Türkiyədən (20,4% çox) gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA