Ramil Usubov Şəki şəhərində vətəndaşları qəbul edəcək - Tarix

img

21-08-2018 [12:32]


Daxili işlər naziri general-polkovnik Ramil Usubov Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, qəbul avqustun 25-da saat 10:00-da Şəki şəhər rayon Polis şöbəsində olacaq. Görüşdə Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA