“Azərsu” gücləndirilmiş iş rejimində işləyəcək - Açıqlama

img

21-08-2018 [11:03]


Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. 

"Azərsu” ASC-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq:

"Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA