"Operativ və peşəkar əməliyyata görə Türkiyə hökumətinə..." - ABŞ-ın Ankaradakı səfirliyindən xüsusi bəyanat

img

20-08-2018 [23:31]


Xəbər verildiyi kimi, Türkiyə hüquq-mühafizə orqanları ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutmaqda təqsirli bilinən iki nəfəri saxlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  saxlanılan Əhməd Çelikten və Osman Gündeş  ilkin ifadələrində təqsirlərini etiraf ediblər.

Məlumata görə, hazırda saxlanılan şəxslərin ətrafında geniş əməliyyat-istintaq tədbirləri davam edir, onların bütün əlaqələri araşdırılır.

Diqqətçəkən məqamlardan biri də budur ki, səfirliyi atəşə tutanlar maşının nömrəsinin kameralara düşməməsi üçün led işıqlandırma sistemindən istifadə ediblər.

Həbsdən və ilkin açıqlamadan dərhal sonra ABŞ-ın Ankaradakı səfirliyi bəyanatla çıxış edib.

Səfirlik hadisəni törədənlərin operativ və peşəkarcasına həbs edilməsini təqdir edib: "Biz buna görə Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına minnədarıq".

Bu arada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu təxribart xarakterli hadisəni şiddətlə qınadıqları bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA