Zakir Həsənov Hərbi Liseydə

img

16-08-2018 [16:09]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olaraq əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri inşaatın gedişatı ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Z.Həsənov kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA