Sahil Babayev İcra Hakimiyyətinin işçisinə yenidən vəzifə verdi - ƏƏSMN-də yeni dəyişiklik

img

16-08-2018 [15:29]


 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.  

Mia.az "Report”a istinadən bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, İlham Oqtay oğlu Həmidov Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə direktoru təyin edilib.

Qeyd edək ki, İ.Həmidov 2008-ci ildən 2017-ci ilədək Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, sonuncu təyinatadək Kürdəmir rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyib. 

Xatırladaq ki, İ.Həmidovun təyinatına qədər Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti olaraq Tahir Fərhad oğlu İsmayılov icra edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA