Ramil Usubov Sergey Stepazini qəbul edib

img

02-11-2011 [06:21]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. DİN mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir kriminogen durumla bağlı məlumat verib, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrdən danışıb. Rusiya Federasiyası Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirib, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini deyib. Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA