DSX-nın yeni sərhəd zastavası istifadəyə verilib - FOTOLAR

img

15-08-2018 [13:47]


Dövlət Sərhəd Xidmə­ti­nin (DSX) sərhəd qoşunlarının "Xu­dat” sər­həd dəs­təsinin "Yuxarı Tahircal” sərhəd zastavası kom­pleksi xidməti istifadəyə verilib.

DSX-dən Mia.az-a verilən məlumata görə, təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizə­si­­nə gös­tə­rdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmə­tinin bütün hərbi hissə və bölmə­lərində şəxsi heyət üçün yüksək xid­mət və məi­şət şəraitinin yaradılmasını qeyd edib, yeni is­ti­fa­dəyə ve­ri­lən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü ol­du­ğu­nu vurğulayıb.

1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olma­yan "Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qa­baq­cıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sər­həd­­lərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiy­yətlər əldə edib.

Mərasimdə Prezident, Silahlı Qüv­və­lərin Ali Baş Ko­­man­­da­nı İlham Əliyevin "Xudat” sərhəd dəs­tə­sinə 4 dəfə səfər etmə­­sinin şəxsi heyətdə bö­yük ruh yüksəkliyi ya­rat­ması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vur­ğulan­ıb.

Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu ol­­mayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakin­lə­ri­nin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Qu­liyev sərhəd mühafizəsinin təşkili­nə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdar­lığını bildirib.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub.



Müasir tələblərə ca­vab verən sərhəd zas­ta­vasında şəx­si heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, is­ti­ra­hət və xüsusi təyinatlı otaq­lar, təlim şəhərciyi, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemləri, ha­mam-cama­şırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, me­­bel və avadan­lıq­larla təmin edilmiş mənzil­lər və digər tikililər sərhədçilərin istifa­də­si­nə verilib.



























Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA