Sabah yağızlı hava gözlənilir

img

02-11-2011 [06:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA