"ABŞ-ın Azərbaycan qonşularına qarşı tətbiq etdiyi sanksiyaların TAP-a təsiri olmayacaq" - Amerikalı ekspert

img

14-08-2018 [10:08]


Azərbaycan hökumətinin təşəbbüsü ilə icra olunan Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi regional və strateji əhəmiyyətlidir, Avropa ölkələrinə, o cümlədən İtaliyaya fayda gətirəcək. 

Bunu "Report"a açıqlamasında ABŞ-dan olan politoloq, Viskonsin Market Universitetinin professoru Piter Teys deyib.

O, ABŞ-ın Rusiya, İran və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların TAP-a mümkün təsirləri barədə də danışıb: "Rusiya və İrana qarşı sanksiyaların tətbiqi düzgün olsa da, Türkiyəyə qarşı eyni münasibət düzgün deyil. Bununla belə, bu ölkələrə qarşı sanskiyaların TAP-a təsiri olmayacaq. Sadəcə qaz kəmərinin bəzi hissələrinin inşası ləngiyə bilər. TAP-ın geosiyasi əhəmiyyəti artmaqdadır və rəsmi Vaşınqton bu layihəyə dəstək verir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA