Ombudsman psixiatriya xəstəxanalarına növbəti baxız keçirib

img

01-11-2011 [07:24]


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Gəncə və Şəki regional mərkəzlərinin əməkdaşları ilə birgə Gəncə şəhər ruhi-əsəb və Şəki rayonlararası psixiatriya xəstəxanalarına növbəti baxış keçirib. Ombudsman Aparatından verilən xəbərə görə, E. Süleymanova xəstəxanalardakı inzibati otaqlara, palatalara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşərək onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Ombudsman baxış keçirilmiş müəssisələrdəki ayrı-ayrı xəstələrin müraciətlərini nəzərə alaraq, onların ailələri ilə əlaqə saxlayıb və xəstələrin müraciətlərini onlara çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA