Gənclər Forumu keçiriləcək

img

01-11-2011 [12:29]


Sabah Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gənclərin forumu keçiriləcək. Forum ölkədə baş verən ictimai-siyasi proseslərə gənclərin baxışı və son vaxtlar gənclərə, jurnalistlərə edilən basqılarla bağlı olaraq təşkil ediləcək. Forumda ölkədə insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırılması yönündə hakimiyyətin apardığı mürtəce siyasət əsas müzakirə mövzusu olacaq. Həmçinin, həbsdə olan gənc siyasi məhbusların durumu və iqtidarın təşkil etdiyi VI respublika gənclər forumu diqqət mərkəzində olacaq. Forumda müxalif və müstəqil gənclər iştirak edəcəklər. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə, YAP-a və iqtidaryönümlü gənclər qurumlarına da Foruma qatılmaları üçün dəvət göndəriləcək. Tədbir Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında saat 14.00-da baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA