Magistraturaların boş yerlərinə ixtisas seçimi: 383 nəfər ərizəsini təsdiq edib

img

10-08-2018 [10:46]


2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə,saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 374, rus bölməsi üzrə 9 bakalavr olmaqla, cəmi 383 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.

Qeyd edək ki, ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA