"Vatsap"da problem: "Hakerlər dost siyahılarında olan insanlara mesaj göndərə bilər"

img

09-08-2018 [22:21]


Feysbuk şirkətinin tərkibində olan "Vatsap"da yalan məlumatların yayılmasını qarşısını almaq üçün tədbirlər görüldüyü vaxtda yeni bir boşluq aşkarlanıb.

 Belə ki, hakerlər "Vatsap" istifadəçiləri adından dost siyahılarında olan insanlara mesaj göndərə bilər.

Publika.az xəbər verir ki, sosial şəbəkədəki bu boşluq istifadəçilərin narahatlığına səbəb olub.

ÇekPoint tərəfində aşkarlanan bu boşluq mesajlara müdaxilə edilməsi və ya içərisində dəyişiklik edilməsi kimi problem gündəmə gətirib. Yəni hər hansı haker istədiyi insanın Vatsap hesabına daxil olub onun mesajlarına müdaxilə edə bilər. Təhlükəsizlik mütəxəssisləri bu problem dünyanı yalan xəbərlərin yayılması təhlükəsi ilə üz-üzə qoyur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA