Zakir Qaralov idarə rəisini təqaüdə göndərdi

img

01-11-2011 [11:58]


Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərilib. Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Çingiz Məmmədov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər. Həmin idarənin rəisi vəzifəsinə hələlik yeni təyinat yoxdur. Prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi 60 yaş müəyyən olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA