Bakıda güclü külək bir sıra fəsadlar törətdi: ağac maşının üstünə aşdı - VİDEO

img

09-08-2018 [21:06]


Bakıda güclü külək bir sıra fəsadlar törədib.

"Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.

Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. 

Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA