Kolleclərə qəbul olunanların siyahısı açıqlandı - “Abituriyent” jurnalının 6-cı nömrəsində

img

09-08-2018 [14:37]


Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib. 

DİM-dən Mia.az-a verilən məlumata görə, jurnalının bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanlarında yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA