İcra orqanlarına 21, polisə 31 iş göndərildi - Nazirlikdən araşdırma

img

09-08-2018 [10:08]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyulun 16-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 271 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 73 müddətli "məcburi göstəriş” verilib:

"Ümumilikdə, 52 iş üzrə 26400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 19283,31 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 177 iş üzrə 21157,37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 21, məhkəmələrə 4 iş göndərilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA