Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi

img

08-08-2018 [16:47]


"Balyoz” davasında günahsız həbs edilən general Azərbaycana hərbi attaşe gəlir

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

Mia.az "AzeriDefence”yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı yeni hərbi attaşesi briqada generalı Əli Dəmirdir. Əli Dəmir bu postda 2016-cı ilin noyabr ayından çalışan briqada generalı Zafer Ocakı əvəz edəcək.

Briqada generalı Əli Dəmir bundan əvvəl Diyarbəkirdə jandarma briqadasının komandiri vəzifəsində xidmət edib. O, iyulun ortalarında yeni vəzifəsi ilə əlaqədar Ankaraya çağrılıb.

FETÖ terror təşkilatının ordu generallarına qarşı qurduğu "Balyoz” əməliyyatı nəticəsində 2010-cu ildə qondarma ittihamlarla saxlanılaraq 16 il həbsə məhkum edilmiş general Əli Dəmir 2016-cı ildə bəraət alaraq xidmətə bərpa olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA