Rövşən Rzayev yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərlə görüşdü - FOTOLAR

img

08-08-2018 [14:52]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Binəqədi rayonunda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, görüşdə yarımtikililərdə məskunlaşmış məcburi köçkünlər problemləri ilə bağlı R.Rzayevə müraciət edib, üzləşdikləri çətinliklərlə əlaqədar məlumat veriblər.

Sədr onları dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.

Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyinin göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır, həyata keçirilən işləri daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsa çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər bütün lazımi infrastrukturla təmin edilmiş qəsəbə və məhəllələrdə yeni, müasir mənzillərə köçürülür.

Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb.

Dövlət Komitəsinin sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA