08-08-2018 [12:22]
"Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsinin icrasını başa çatdırıb.
Mia.az xəbər verir ki, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub.
Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün "Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda 3 təlim keçirilib.
"Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda keçirilən təlimlər geniş marağa səbəb olub və yüksək təmsilçiliyi ilə diqqət çəkib.
Təlimlərdə "Dözümlülük ideyasının tarixi təkamülü”, "Dini tolerantlıq konsepsiyası”, "Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar”, "İslam dini və tolerantlıq”, "Azərbaycanın tolerantlıq modeli”, "İslam paradiqmasında tolerantlıq anlayışı”, "Müasir insan hüquqları nəzəriyyələri və tolerantlıq ideyası” mövzularını əhatə edib.
Təlimlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutunun təmsilçiləri, AMEA-nın Fəlsəfə və Tarix institutlarının alimləri, nüfuzlu ilahiyyatçılar, ictimaı fəallar, QHT rəhbərləri məruzəçi kimi dəvət olunublar.
DEVAM rəhbəri İlqar İbrahimoğlu, ilahiyyatçı Ağa Hacıbəyli, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəfi Qurbanov, Media və Mülki Cəmiyyət İB-nin sdər müavini Rəsul Mirhəşimli, ictimai fəal Bəxtiyar Hacıyev , tanınmış araşdırmaçı – alim Vüsal Hətəmov, AMEA-nln dosenti Dilavər Əzimli, habelə, alim Füzulu Məhəmməd, QHT nümayəndələri Mehriban Zeynalova, Ruhəngiz Hüseynli və başqaları məruzələrlə çıxış ediblər.
Ümumilikdə, təlimlərə 80 iştirakçı qatılıb. Təlimlər həm də, qeyd olunan mövzularla yanaşı, cəmiyyətin müxtəlif kəsimlərini təmsil edən rəy liderləri, ekspertlər, ilahiyyatçılar, vətəndaş cəmiyyəti fəalları arasında "Dövlətin din siyasəti necə olmalıdır?”, ""Tolerantlıq” terminini Azərbaycan dilində hansı sözlə əvəz etmək olar?”, "İslam dinində tolerantlıq ənənələri və İslam peyğəmbərinin bununla əlaqədar şəxsi nümunələri necə olmuşdur?”, "Tolerantlıq Qərb ölkələrində necə başa düşülür? "Yanaşma dəyişibmi?” – kimi çox aktual suallar ətrafında müzakirələr və fikir mübadiləsi ilə fərqlənib.
Bu müzakirələr iştirakçılara fərqli yanaşmaları nümayiş etdirib, tolerantlıq da daxil olmaqla ekzestensial suallarla bağlı müasir intellektual axtarışlar barədə bilgilənməyə yardım göstərib.
Layihə çərçivəsində təlim iştirakçılarından ibarət "Tolerant Azərbaycan” Şəbəkəsi yaradılıb. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılıb. Şəbəkə üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcək.
Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbilərini davam etdirməsinə zəmin yaradacaq.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi