Tacikistan prezidenti Azərbaycana nə vaxt gəlir? - Səfər tarixi açıqlandı

img

08-08-2018 [11:25]


Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Radio Ozodi" Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.

Tacikistan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA