Bakıda bu küçələrdə hərəkət istiqaməti dəyişdi - Rəsmi

img

07-08-2018 [18:43]


Paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentliyi mütəxəssislərinin ərazidə apardığı təhlillərlə müəyyən edilib ki, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində sola dönən nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini gözləməsi günün pik saatlarında sıxlığın yaranmasına səbəb olurmuş: 

"Bundan əlavə, kəsişmənin ətrafında qanunsuz parklanmanın və Süleyman Sani Axundov küçəsindən kəsişməyə daxil olan nəqliyyat vastələri üçün yaşıl işığın vaxtının aşağı olması sərbəst nəqliyyat axınına imkan vermirdi. Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, Dərnəgül NMM istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək".

Agentlikdən bildirilib ki, bu həmin istiqamətdə hərəkət edən marşrut xətlərinin fəaliyyətində dəyişiklik və ya problem yaratmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA