"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü - Aidiyyatı qurumlara tapşırıq verildi

img

07-08-2018 [16:11]


 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakı şəhərində və ölkənin digər bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Komitədən Mia.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin kollektiv və fərdi müraciətləri, əsasən, mənzil-məişət problemləri, məskunlaşma, məşğulluq, qeydiyyat və status məsələləri ilə bağlı olub. Onlara xatırladılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, yeni yaşayış komplekslərinin inşası davam etdirilir, ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürülür. Qeyd olunub ki, bu sahədə görülən işləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim diqqətdə saxlayır.

Qəbulda məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və mövcud qanunvericilik çərçivəsində tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA