“Ramil Usubova müşavir təyin edilməmişəm” - Şərif Əsədullayev təyinat xəbərini təkzib etdi

img

07-08-2018 [16:02]


Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.

Xəbəri DİN-dən təsdiqləyiblər.

**** 
General-mayor Şərif Əsədullayev "Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib: "Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA