Nazirlikdən daha bir reyd - 35 akt yazıldı

img

07-08-2018 [12:14]


Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyul ayı ərzində nazirliyin əməkdaşları tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA