07-08-2018 [10:52]
Bərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlamağa başlayıb. Həmin gün, avqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı.
Sonradan isə məlum oldu ki, baş verənlərin yol nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Yayılan xəbərlərə görə, Novruz Hüseynov öz xanəndə dostu Miryusif Mirizadəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra idarə etdiyi avtomobili qəzaya uğradıb. Sonra isə Qarabağ kanalına gələrək, intihar edib.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay Novruz Hüseynovun evində baş verib. Orada Novruz Hüseynovun yeni maşın alması ilə bağlı məclis olub. Məclisdə yaranan mübahisə zəminində belə bir qanlı olay meydana gəlib. Ailənin tək övladı olan Miryusif Mirizadə öldürülüb. Sonradan baş verənlər isə cinayətin ört-basdır edilməsinə xidmət edən addımlar olub. Hadisənin şahidləri və mümkün iştirakçıları sırasında ev sahibi Novruz Hüseynovun yaxınlarının olması haqda da dəqiqləşməmiş məlumatlar var. Belə iddialar da var ki, qətllə əlaqədar Novruz Hüseynovun qardaşı Azər Hüseynov və daha 3 nəfər də istintaqa cəlb edilərək saxlanılıblar. Qətllə bağlı istintaq hərəkətləri Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb.

Mərhum Miryusif Mirizadənin dayısı oğlu, tanınmış xanəndə Səbuhi İbayev baş verən dəhşətli olayla bağlı bunları deyib:"Biz də bilirik ki, bu, qətldir, avtoqəza deyil. Hüquq-mühafizə orqanlarından bizə də konkret bir söz deməyiblər. Bərdə Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Biz də eşitmişik ki, hadisə ailəsinin gözünün qabağında olub. Amma dəqiq bir məlumat verilməyib. Gözləyirik”.

Mərhum Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə deyib ki, Novruz Hüseynov hadisədən əvvəl Bakıda maşın alıb və qardaşı oğlundan birgə rayona getmələrini xahiş edib: "Qardaşım oğlundan da xahiş edib ki, maşınla rayona getsinlər. O da xahişini yerinə yetirib. Orada nə baş verdiyini dəqiq bilmirik. Bizim məlumatımız yoxdur”.
M.Mirizadə deyib ki, hadisədən sonra Novruz Hüseynovun qardaşının saxlanılması ilə bağlı onlara hər hansı bir məlumat verilməyib.
O deyib ki, hadisədən sonra onlara qardaşı oğlunun qəzaya düşməsi haqda məlumat verilib: "Ekspertlər isə bədəni üzərindəki xəsarətləri görəndən sonra deyiblər ki, bu xəsarətlər avtoqəzalıq deyil. Yəni bıçaqla qətlə yetirilib. Bundan sonra araşdırmağa başlayıblar. Hələlik dəqiq bir məlumatımız yoxdur”.
Bundan əvvəl M.Mirizadə azvision.az-a demişdi ki, xəbəri ilk bilən qardaşı olub: "O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək. İlkin araşdırma zamanı Novruz Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib. Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək ”Ay Allah, mən nə etdim?" deyərək qışqırıb".
"Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, N.Hüseynovun meyiti ərazidəki çobanın ifadəsindən sonra Qarabağ kanalında axtarılmağa başlayıb: "Həmin çoban istintaqçılara deyib ki, qəzadan sonra ərazidə 2 dəfə ”Ay Allah" xitablarını eşidib və suya kiminsə düşdüyü qənaətini formalaşdıran səslər eşidib. Çoban Novruz Hüseynovun özünü kanala atmasını görməyib. Sadəcə, səs eşidib. Bunu istintaqçılara deyəndən sonra kanalda axtarışlara başlanıb. Novruz Hüseynovun meyitini kanalın Ağcabədidən keçən hissəsində aşkar ediblər".
Qaynağımız olayın sankı əvvəldən hazırlanan plan üzrə gerçəkləşdirildiyini də bildirib.
Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar. Olaydan 2 gün sonra Novruz Hüseynovun qardaşı Azər Hüseynov ATV-yə açıqlama verərək qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsi ilə bağlı məlumatlara inanmadığını bildirmişdi. Demişdi ki, qardaşı Miryusif Mirizadəni ondan çox istəyib. Azər Hüseynov bu işdə müəmmaların olduğunu da diqqətə çatdırmışdı. "Mən qardaşımın belə bir cinayəti törədəcəyinə inanmıram” - deyə bildirmişdi. Əlavə etmişdi ki, cinayətin törədilməsində şübhələndiyi başqa şəxslər var: "İnşallah, hüquq-mühafizə orqanları cinayətin əsl səbəbkarlarını tapacaq”.
Sayt məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan açıqlama verməyiblər. Baş Prokurorluğun mətbuat xidmətindən də hər hansı bir şərh verilməyib.
Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi