06-08-2018 [22:23]
"Çox vacib oyuna çıxırıq. Avrokuboklarda, Çempionlar Liqasında təcrübəsi, öz dəst-xətdi olan komandaya qarşı oynayacağıq. Yaxşı hazırlaşmışıq. Rəqib də bizim qədər qalib gəlmək istəyir. Səhvsiz oynamağa, əlimizdən gələni etməyə çalışacağıq".
Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandası ilə Bakıda keçirəcəkləri ilk matçdan öncə söyləyib.
46 yaşlı mütəxəssis "Azərsun Arena”da təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?
- Çox intizamlı komandadır. Çox rahat şəkildə müdafiə olunmağı və hücum etməyi bilirlər. Rəqibin heyətində meydanda 11 düşünən, nə etdiyini bilən futbolçu var. Avrokubokda motivsiya tam başqadır. Öz çempionatlarında rəqibləri daha yaxşı tanıyırlar, bir neçə epizodla qalib gələ bilərlər. Amma burada vəziyyət fərqlidir. Rəqib də buna uyğun oynayır.
- Beşinci matçda komanda optimal formada olacaq?
- Hələ optimal forma yığmamışıq. Bəzi futbolçular komandaya gec qoşulublar.
- Rəqibin baş məşqçisi bildirdi ki, "Qarabağ"ı keçməmək onlar üçün sürpriz olacaq. Bu fikirlə razısınız?
- Buna fikir bildirməsəm, daha yaxşı olar. Hər komanda rəqibə qarşı fərqli hazırlaşır. Onların necə hazırlaşdıqlarını bilmirik. Bu səbəbdən münasibət bildirmək düzgün olmaz.
- "Kukesi" ilə görüşlərdə dəyişikliklər etdiniz. Bu dəfə də Rəşad Sadıqov əsas heyətdə olacaq?
- Oyundan əvvəl heyəti demirəm. Hər bir futbolçunun meydana çıxmaq şansı var.
- İlk oyun üçün hədəf nədir?
- Son vaxtlar ilk matçın evdə və ya səfərdə keçirməyə fərq qoymaqla bağlı fikirlər azalıb. Böyük komandalar belə evdə uduzurlar, səfərdə qalib gəlirlər. Minimum hədəfimiz var - qol buraxmamaq. Hər oyuna qalib gəlmək fikri ilə hazırlaşırıq.
- BATE son səfər matçlarda qalib gəlir...
- Bizdə də belə hallar olub, səfərdə sərfəli nəticə əldə etmişik. Bir oyunla hər şey həll olunmur. Cavab qarşılaşması da var. Rəqib haqqında ətraflı məlumat toplamağa və futbolçulara çatdırmağa çalışmışıq.
- "Qəbələ" əvəzedici komandasını I Diviziona buraxmaqdan imtina etdi. "Qarabağ" da bu cür addım ata bilərmi?
- Buna fikir bildirmək düzgün çıxmaz. Öz klubumuza cavabdehik. "Qarabağ"ın əvəzedici komandası I divizionda çıxış edəcək. Onlar uzun illərdir Azərbaycan futboluna xidmət ediblər və inkişafda pay sahibidirlər.
- Əsas gücünüzü BATE ilə oyunlara saxladığınızı söyləmək olar?
- Belə bir fikrimiz yoxdur. Biz hər oyuna xüsusi yanaşırıq.
- BATE-nin əvvəlki səviyyədə olmadığı deyilir. Bu fikirlə razısınız?
- Razı deyiləm. Bizim haqqımızda da belə fikirlər səsləndirilir. Komanda nəticə göstərirsə, haqqında pis fikir bildirmək düzgün deyil. BATE-ni analiz edəndə gördük ki, ciddi rəqibdir. Son 10 ildə 4 dəfə Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının qrupunda oynamaları az iş deyil. Klub olaraq böyük nəticə göstəriblər.
- Emeqara son oyunda yaxşı təsir bağışladı. O daha əvvəl də "Qarabağ”da çıxış etmişdi. Demək olarmı ki, onun gedişi həmin zaman itki idi?
- Düşünmürəm. Bu klubdan ən vacib oyunçular getdi. Amma nəticəmiz yaxşı olmağa davam edir. Keçmişimizə baxıb peşmanlıq çəkəcəyiksə, işləyə bilmərik. Emeqara ötən oyun yaxşı oynadı, amma bu, o demək deyil ki, hər zaman belə oynayacaq. İndi Emeqara bizimlədir və ondan yararlanmağa çalışacağıq. İnanıram ki, o, öz üzərində çalışacaq və komandaya daha çox xeyir verəcək.
- "Qarabağ" oyun epizodlarından qol vurmaqda çətinlik çəkir. Bu barədə nə deyə bilərsiniz?
- Keçən dəfə bu barədə danışmışdım. Bunun üzərində çalışırıq. Qol vəziyyətlərindən istifadə etmək lazımdır. Bəzi epizodlarda ustalıq səviyyəsi çatmır. Məşqlərdə bu elementlərin üzərində işləyirik/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi