"Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.
Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək.

