"“Moskva-Bakı-İrəvan” dialoquna açığıq" - Nazirdən mesaj

img

06-08-2018 [15:16]


Azərbaycan "Moskva-Bakı-İrəvan” formatında dialoqa açıqdır. Lakin bu, mahiyyətli və məsuliyyətli danışıqlar olmalı, nəticəyə - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi prosesinin tez bir zamanda başladılmasına yönəlməlidir.

"RİA Novosti” agentliyinə müsahibəsində Azərbyacan xarici işlər naziri Elmar Məmmədyarov "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya əsas moderator hesab edilir. "Moskva-Bakı-İrəvan” formatında XİN rəhbərlərinin görüşü planlaşdırılırmı?” sualını cavablandırarkən belə deyib.

Bildirib ki, məhz Azərbaycan torpaqlarının işğalı ətrafında olduqca mürəkkəb düyün formalaşıb və nəhayət, o düyün kəsilməlidir. Və bundan sonra nizamlanma prosesindəki ikinci dərəcəli, əsasən texniki xarakterli problemlər də tamamilə başqa xarakter alacaq və çətinliklərlə müşayiət olunmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA