05-08-2018 [11:49]
Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdlularının fəaliyyətini araşdırmaq üçün Mixail Xodorkovkinin ayırdığı vəsaitlə sənədli film çəkməyə gedən jurnalistlərin qətli ilə bağlı yeni sensasion versiya irəli sürülüb.
Virtualaz.org xəbər verir ki, Orxan Camalın və yoldaşlarının öldürülməsinin arxasında Rusiya kəşfiyyatının dayana biləcəyi haqda qənaətlərin getdikcə yayıldığı bir vaxtda jurnalist və teleaparıcı, "Rosneft”in mətbuat xidmətinin rəhbəri Maksim Şevçenko özünün "Facebook” səhifəsində bu qətlin arxasında dayanan başqa dövlətə eyham vurub.
Orxan Camalın yaxın dostu olan Şevçenkonun sözlərinə görə, bu dördüncü konspiroloji versiyadır. Onun fikrincə jurnalistləri bilərəkdən killerlər qrupuna tərəf aparıblar və bunu marşrutdan yayınan sürücü edib.

O əlavə edib ki, əgər qətldə Rusiyanın əli olardısa sənədli filmin dayandırılması üçün "milyon dəfə sadə üsula” əl atılardı. Çəkiliş qrupunun rəsmi akreditasiyası yox idi, turist vizası isə jurnalist fəaliyyəti göstərməyə icazə vermirdi. Ona görə də "asanlıqla və məcburiyyətə yol vermədən”, bir telefon zəngi ilə, yerli hakimiyyətin əli ilə jurnalistlərin əlindən pasportlarını almaq, onları üç sutkalıq həbs etmək və daha sonra ölkədən deportasiya etmək olardı.
Maksim Şevçenko diqqəti buna cəlb edir ki, Orxan Camal HƏMAS-ı , Fələstin müqavimət hərəkatını müdafiə edib, bu ilin yazında əl-Qüdsdən döyüş reportajları hazırlayıb. Bu da müəllifi daha bir versiyaya istiqamətləndirir.

"Yer üzündə bir dövlət var ki, öz düşmənlərini dünyanın istənilən nöqtəsində öldürməyə adət edib və bunu normal sayır”-Şevçenko İsrailə eyhamla yazır. O, əlavə edir ki, Orxan Camalın pasportu və telefonu Fələstindən uçarkən diqqətlə araşdırılıb. "Biz qatilləri və sifarişçiləri tapacağıq”-Şevçenko bildirib.
Qeyd edək ki, son məlumatlara görə Orxan Camalın çəkiliş qrupunu aparan və silahlıların hücumundan sağ çıxan sürücü hazırda Mərkəzi Afrika Respublikasında saxlanılır. Onun ifadəsi alınır, dindirilir. Sürücü iddia edib ki, çəkiliş qrupuna hücum edənlər türbanlarda olsalar da nə fransız, nə ərəb, nə yerli dildə danışmırdılar. Onlar çəkiliş qrupunun başa düşdüyü hansısa başqa dildə danışırdılar və qrupun xüsusən iri cüssəli, muskullu üzvü (Orxan Camal) ilə maraqlanırdılar.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi